Rusiya Prezidenti Vladimir Putin ölkənin Hərbi Dəniz Qüvvələrinin 2050-ci ilə qədər olan dövr üçün inkişaf strategiyasını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Bu barədə Dənizçilik Şurasının rəhbəri, vitse-prezident Nikolay Patruşev məlumat verib. Patruşev bildirib ki, strategiyanın yekun layihəsi baxılması üçün dövlət başçısına təqdim edilib və Putin onu mayın 30-da imzalayıb.
Qeyd edək ki, sənədin hazırlanması ilə bağlı qərar 2024-cü ilin iyulunda Kreml iclasında qəbul olunub. Patruşevin sözlərinə görə, prezidentin tapşırığına əsasən, Müdafiə Nazirliyi müvafiq federal qurum və təşkilatların təkliflərini nəzərə alaraq strategiya layihəsini hazırlayıb və Dənizçilik Şurası tərəfindən yekunlaşdırılıb.