Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev Baltikdə Rusiyaya qarşı yeni təxribatlar baş verdiyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Patruşevin sözlərinə görə, Rusiya sərhədin bütün hissələrində onu pozmaq cəhdləri ilə üzləşib:
“Baltikdə yeni təxribatlar qeydə alınır, biz rəqiblərimizin Rusiyanın Arktika dəniz sərhədlərini araşdırmaq istəyini görürük. Məsələn, Sakit okeanda vəziyyət yaxşı deyil”.
Patruşev Rusiyanın dəniz sərhədinin 38 min kilometrdən çox olduğunu xatırladaraq, onun quru sərhədindən daha uzun olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbin Baltik dənizində gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərinə cavab verməklə bağlı Dəniz Kollegiyasının hazırladığı təklifləri dəstəkləyib. Patruşev də daha əvvəl deyib ki, NATO-nun Baltikyanı ölkələrdə fəallaşması fonunda Qərb ölkələri faktiki olaraq piratçılıq əməlləri törədirlər.