AZ

İran XİN: ABŞ ilə danışıqların növbəti raundu iyunun 15-də olacaq

İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə altıncı danışıqlar raundu iyunun 15-də Oman Sultanlığının paytaxtı Maskatda keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat verib.

 

“İran ilə ABŞ arasında növbəti danışıqlar bazar günü Maskatda baş tutacaq”,- o qeyd edib.

 

Xatırladaq ki, tərəflər sonuncu, yəni beşinci raundu mayın 23-də İtaliyanın paytaxtı Romada keçiriblər.

Seçilən
102
33
senzor.az

10Mənbələr