AZ

İran və ABŞ danışıqları dalana dirənib: İsrail hücuma hazırlaşır

İran ABŞ-ın nüvə təklifini rədd edərək öz təklifini təqdim etməyə hazırlaşır. Tramp danışıqların davam edəcəyini desə də, tərəflər uranın zənginləşdirilməsi ilə bağlı razılığa gələ bilmir. İsrail isə mümkün uğursuzluq fonunda İrana hücum etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti yazıb.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın may ayının sonunda təqdim etdiyi təklifə alternativ təklif hazırladıqlarını və bu təklifin məntiqli, balanslı və ağlabatan olacağını bildirib.

ABŞ prezidenti Donald Tramp danışıqların cümə axşamı davam etdiriləcəyini deyib. Lakin İran və ABŞ-ın yüksək səviyyəli rəsmiləri bu tarixin mümkün görünmədiyini bildiriblər.

Bəqayi nazirliyin “Telegram” kanalında danışıqların bazar günü Omanın paytaxtı Maskatda keçirilməsinin planlaşdırıldığını açıqlayıb. İran tərəfi vurğulayıb ki, sanksiyalar aradan qalxana qədər ticarət və bank əlaqələrinin normallaşacağına dair təminat verilməlidir.

Seçilən
111
50
publika.az

10Mənbələr