AZ

Qocalar evində DƏHŞƏT - ANBAAN VİDEO

Rusiyanın Omsk vilayətinin Krutinsk qəsəbəsində yerləşən qocalar və əlillər üçün internat evində qalmaqallı hadisə baş verib.

Musavat.com xəbər verir ki, psixoloji problemləri olan bir şəxs internatda yaşayan yaşlı insanlara qarşı fiziki zorakılıq tətbiq edib.

Şahidlərin sözlərinə görə, həmin şəxs əsasən yaşlı kişi və qadınlara qarşı zorakılıq göstərir, onları döyür və təhqir edir. Ən narahatedici məqam isə internatın əməkdaşlarının bu vəziyyətə müdaxilə etməməsi və baş verən hadisələrə səssiz qalmasıdır.

Hadisəyə dair görüntülər Telegram kanallarında yayılıb.

Həmin kadrları təqdim edirik:

İqbal RZAYEV,
Musavat.com

Seçilən
44
27
musavat.com

10Mənbələr