Bakı. Trend:
İranın cənubunda yerləşən Buşehr vilayətində Kave MetanolŞirkətinin neft-kimya zavodunda baş verən yanğın nəticəsində 3nəfər ölüb.
Trend-inməlumatına görə, bunu İranın Buşehr vilayəti fövqəladə hallaridarəsinin baş direktoru Kuruş Dehqan yerli mediaya açıqlamasındadeyib.
Onun sözlərinə görə, hadisə nəticəsində iki nəfər xəsarət alıbvə xəstəxanaya yerləşdirilib.
Dehqan qeyd edib ki, hadisə metanol anbarına yan almış gəmidəqaynaq əməliyyatı zamanı baş verib və hadisəyə səbəb qaynaqçılarınehtiyatsızlığı olub.
İranlı rəsmi yanğının söndürüldüyünü və hazırda soyutmaəməliyyatının aparıldığını deyib.