AZ

Beyləqan bazarında güclü yanğın - Yenilənib-Video

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Əldə etdiyimiz məlumata görə, hazırda bazarda fəaliyyət göstərən sahibkarlara xəbər verilib. Yanğın çatmayan ərazilərdən və yanğına yaxın ərazidən çıxarıla biləcək əşyaların və malların salamat çıxarılması üçün addımlar atılır.

***

FHN-dən bildirilib ki, Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.


Seçilən
57
23
qafqazinfo.az

10Mənbələr