AZ

Leyla Abdullayeva BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb

BAKI, 11 iyun. TELEQRAF

Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır.

TeleqrafCOP29-un "X" hesabındakı paylaşıma istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.

L.Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi mühafizə tədbirlərindən danışıb. Səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.

"Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədər okeanların ən azı 30 faizini mühafizə altına ala bilərik", - L.Abdullayeva əlavə edib.

Seçilən
53
6
teleqraf.com

10Mənbələr