Bakı, 12 iyun, AZƏRTAC
"Sabah" basketbol komandası Trey Sampsonla yollarını ayırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ABŞ-dan olan 25 yaşlı oyunçu ilə başa çatan müqavilə yenilənməyib.
O, bu ilin yanvar ayından paytaxt təmsilçisində çıxış edirdi.