AZ

"Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib

“Gəncə” VK ABŞ-dən olan voleybolçu ilə heyətini gücləndirib. Komanda İzabell Morqan ilə bir mövsümlük müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü İsveçin “Gislaveds” klubunda keçirib.

İyirmi beş yaşlı oyunçu daha əvvəl ABŞ-nin “Villanova University”, “Texas A&M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarının heyətində çıxış edib.

Seçilən
68
9
report.az

8Mənbələr