Bakı, 1 iyul, AZƏRTAC
“Gəncə” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.
Qərb təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, amerikalı İzabell Morqan ilə birillik müqavilə imzalanıb.
Oyunçu ötən mövsümü İsveçin “Gislaveds” klubunda keçirib.
25 yaşlı oyunçu daha əvvəl ölkəsində “Villanova Universiteti”, “Texas A&M Korpu Kristi Universiteti” və Puerto-Rikonun “Valensianas de Junkos” komandalarında çıxış edib.