AZ

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Bakı, 12 iyun, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarış iyunun 13-də Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Kişilər

60 kiloqram

1/16 final

Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)

66 kiloqram

1/32 final

Ruslan Paşayev – Ronald Lima (Braziliya)

73 kiloqram

1/16 final

Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)

Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə

81 kiloqram

1/16 final

Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə

90 kiloqram

1/32 final

Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)

1/16 final

Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə

100 kiloqram

1/16 final

Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə

+100 kiloqram

1/32 final

Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)

Qadınlar

48 kiloqram

1/32 final

Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)

Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)

52 kiloqram

1/32 final

Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)

57 kiloqram

1/16 final

Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)

Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan - Almaniya

Seçilən
37
8
azertag.az

10Mənbələr