AZ

Dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi

Bakı. Trend:

İyunun 12-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklərarasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Trend xəbər verir ki,püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqiblərimüəyyənləşib.

Qeyd edək ki, mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək.Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarış sabah Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Dünyaçempionatının təsnifat mərhələsinin görüşlərini canlı olaraqjudotv.com saytından, final blokunu isə 20:00-dan etibarən İdman TVtelekanalından izləyə bilərsiniz.

Kişilər

-60 kq

1/16 final

Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)

-66 kq

1/32 final

Ruslan Paşayev – Ronald Lima (Braziliya)

-73 kq

1/16 final

Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)

Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito(İtaliya) cütünün qalibi ilə

-81 kq

1/16 final

Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin)cütünün qalibi ilə

-90 kq

1/32 final

Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)

1/16 final

Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye(Mavriki) cütünün qalibi ilə

-100 kq

1/16 final

Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya)cütünün qalibi ilə

+100 kq

1/32 final

Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)

Qadınlar

-48 kq

1/32 final

Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)

Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)

-52 kq

1/32 final

Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)

-57 kq

1/16 final

Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)

Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan - Almaniya

Seçilən
44
8
az.trend.az

10Mənbələr