Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Yarış iyunun 13-də Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Kişilər
60 kiloqram
1/16 final
Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)
66 kiloqram
1/32 final
Ruslan Paşayev – Ronald Lima (Braziliya)
73 kiloqram
1/16 final
Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)
Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
81 kiloqram
1/16 final
Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə
90 kiloqram
1/32 final
Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)
1/16 final
Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə
100 kiloqram
1/16 final
Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə
+100 kiloqram
1/32 final
Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)
Qadınlar
48 kiloqram
1/32 final
Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)
Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)
52 kiloqram
1/32 final
Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)
57 kiloqram
1/16 final
Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan - Almaniya.