AZ

“Zirə” bu ölkədə hazırlıq keçəcək

“Zirə”nin yay hazırlıq planı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qartallar" çalışmalara iyunun 14-də start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq.

“Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcək.

Seçilən
63
12
football-plus.az

10Mənbələr