UEFA Konfrans Liqasında çıxış edəcək “Zirə”nin yay hazırlıq planı bəlli olub.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi iyunun 14-də çalışmalara start verəcək.
Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi burada məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.
Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. İyul 5-17-də qonşu ölkədə olacaq "Zirə"nin bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar iyulun 8-də, 12-də və 16-də (iki matç) baş tutacaq. Hələlik rəqiblərin kimliyi məlum deyil.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta