AZ

“Zirə” üçün “Qarabağ” və Türkiyə toplanışı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün gümüş mükafatçısı “Zirə”nin yay hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda iyunun 14-də çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul( iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.

Seçilən
60
14
arena.az

10Mənbələr