AZ

Sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması məqsədəuyğundur – Vüqar Bayramov

2024-cü ildə sadələşdirilmiş vergi üzrə 373 milyon manat proqnoza qarşı 2,7 faiz daha çox, yəni 382,9 milyon manat vəsait büdcəyə daxil olub. Bu, o deməkdir ki, sözügedən mənbə üzrə fiskal daxilolmalar genişlənib. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Millət vəkilinin sözlərinə görə, bununla yanaşı, artıq 10 ildir ki, sadələşdirilmiş vergi dövriyyəsi dəyişdirilmir:

"Belə ki, sonuncu dəfə 2016-cı ilin yanvarın 1-də sadələşdirilmiş vergi dövriyyəsi 120 min manatdan 200 min manatadək artırılıb. 2015-ci il ilə müqayisədə Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəricəsində 54,4 milyard manatdan 126.3 milyard manatadək böyüyüb. Yəni, son 10 ildə Azərbaycanda ÜDM 2.3 dəfə artıb. Bu isə o deməkdir ki, həmin dövrdə sahibkarlıq da inkişaf edib və biznes dövriyyəsi də artıb.

Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin iqtisadiyyatdakı artım tempinə uyğun olaraq 2 dəfə artırılması məqsədəuyğun olardı. Bu mikro sahibkarların vergi güzəştlərindən daha geniş miqyasda faydalanmasına imkan verərdi. Bütövlükdə isə, vergi güzəştlərinin coğrafi və ya sektor kimi kəmiyyət meyarlarından daha çox istehlak kimi keyfiyyət meyarları ilə əlaqələndirilməsinə ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
5
olaylar.az

10Mənbələr