AZ

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manatlıq məhsul satılıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə 13 milyard 73,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 267,9 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb.

Qeyd edilib ki, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Seçilən
63
4
apa.az

10Mənbələr