AZ

Əhali 5 ayda içki və siqaretə 1 milyard manat xərcləyib

2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23341,3 milyon manatlıq, o cümlədən 13073,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Bu ilin 5 ayında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 65 mln. manat xərclənib.

2025-ci ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

AzPost.az

Seçilən
61
1
azpost.info

10Mənbələr