ain.az, Unikal.az saytına istinadən bildirir.
“İstilik və s. sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur. Burdan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
“Hansı ölkələrdə istiliklə, qazla və s.ilə bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə xərcləri tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq? Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazı saxlayırlar və oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq hardadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən. Burda heç bir məntiq görmürəm. Optimal üsul həmin sahələrdə islahatlara getmək, islahatları həyata keçirməklə çox eybəcərləşdirilmiş o sahədəki idarəetmə sistemini təkmilləşdirmək və sonra isə xərclərin azaldılmasına nail olmaqdır, - deyə Əli Məsimli bildirib.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Anar Kəlbiyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.