Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsininmüzakirəsində deputat Əli Məsimli deyib.
“Hansı ölkədə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, bu, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?