AZ

“Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?!”

“İstilik, su kimi sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur. Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq”.

Herbiand.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Hansı ölkələrdə istiliklə, qazla bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə belə üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur.

Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azərsu”, “Azəriqaz” və digərlərinin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq? 

Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazı saxlayırlar və oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?! Burada heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə gəlirlərimiz də azalacaq, həmin monopollara dövlət vəsaiti dəstək verə bilməyəcək. Ona görə də onlara ayrılan yüklərin bir hissəsi xalqın üzərinə yüklənir. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getmək və islahatları həyata keçirməklə çox eybəcərləşdirilmiş o sahədəki idarəetmə sistemini təkmilləşdirmək və sonra isə xərclərin azaldılmasına nail olmaqdır”, - deyə Əli Məsimli qeyd edib.

Seçilən
15
8
herbiand.az

10Mənbələr