Məhəmməd Pakpur İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) yeni Baş komandanı təyin edilib.
Oxu.az-ın xəbərinə görə, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.

O, İsrailin bu gecə hücumu zamanı öldürülən SEPAH Baş komandanı, general-mayor Hüseyn Səlamini əvəz edəcək.
İsrailin hücumu nəticəsində öldürülən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin yerinə də təyinat olub. Bu vəzifə Əbdülrəhim Musəviyə tapşırılıb.

09:01
İranın Ali Rəhbəri Seyid Əli Xamenei admiral Həbibullah Sayarini İran Silahlı Qüvvələrinin müvəqqəti Baş Qərargah rəisi təyin edib.
Oxu.az bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Həmçinin yeni təyinata əsasən, general-mayor Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni komandiri təyin edilib.

Qeyd edək ki, İsrailin gecə zərbəsi nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohammad Baqeri və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami həlak olub.