AZ

Xameneidən ordu ilə bağlı təcili fərman

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkənin hərbi rəhbərliyində dəyişikliklər edib.

Milli.Az xəbər verir ki, bu dəyişikliklər İsrailin son hava zərbələri nəticəsində bir neçə yüksək rütbəli hərbi komandanın həlak olmasından sonra həyata keçirilib.

Ali Baş Komandan Ayətullahül-uzma Seyid Əli Xameneinin fərmanı ilə general-leytenant Əmir Hatəmi İran İslam Respublikasının Ordusunun baş komandanı təyin edilib.

Əvvəllər bu vəzifəni icra edən general-leytenant Səid Əbdürrəhim Musəvi isə eyni fərmanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə gətirilib.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
3
news.milli.az

10Mənbələr