AZ

Xameneidən ordu ilə bağlı təcili fərman


İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ölkənin hərbi rəhbərliyində dəyişikliklər edib.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, bu dəyişikliklər İsrailin son hava zərbələri nəticəsində bir neçə yüksək rütbəli hərbi komandanın həlak olmasından sonra həyata keçirilib.

Ali Baş Komandan Ayətullahül-uzma Seyid Əli Xameneinin fərmanı ilə general-leytenant Əmir Hatəmi İran İslam Respublikasının Ordusunun baş komandanı təyin edilib.

Əvvəllər bu vəzifəni icra edən general-leytenant Səid Əbdürrəhim Musəvi isə eyni fərmanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə gətirilib.



Seçilən
53
3
news24.az

10Mənbələr