Ajans.az APA-ya istinadən xəbər verir ki, birinci hadisə Kürdəmir -Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.
"Niva" və "KİA" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı 2 nəfər- 2010 - cu il təvəllüdlü Sevinc Ceyhun qızı Abışova və 2001- ci il təvəllüdlü Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar. İkinci hadisə isə Bakı- Qazax əsas magistral yolunun rayonun Şığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kürdəmir rayonunun Şığırlı kənd sakini, 1985- ci il təvəllüdlü Nicat Rafiq oğlu Bəşirovun idarə etdiyi " VAZ 2107" markalı minik avtomobili idərəetmədən çıxaraq yol kənarındakı dəmir dirəyə çırpılıb. Nəticədə sürücü, Nicat Bəşirov xəsarət alıb. Hər iki qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 13:27 Kürdəmirdə ağır yol qəzası olub, yaralılar var. Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəmir -Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib. İki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslər rayon xəstəxanasına yerləşdirilib.