Yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB bildirib.
Belə ki, onlardan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxsə boyundan aşağı hissiyyatsızlıq, 2001-ci təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki qolun sıyrıqları diaqnozu təyin edilib.
Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisində davam etdirilir. 2010-cu il təvəllüdlü şəxsin vəziyyəti ağır, 2001-ci il təvəllüdlü şəxsin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
2010-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
15:02
Bu gün Kürdəmirdə rayonunda iki yol qəzası olub, yaralılar var.
APA-nın yerli bürosunu xəbərinə görə, birinci hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.
"Niva" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü Sevinc Ceyhun qızı Abışova və onun qardaşı, 2001-ci il təvəllüdlü Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar.
İkinci hadisə isə Bakı-Qazax əsas magistral yolunun rayonun Şığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonunun Şığırlı kənd sakini, 1985-ci il təvəllüdlü Nicat Rafiq oğlu Bəşirovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarındakı dəmir dirəyə çırpılıb. Sürücü Nicat Bəşirov xəsarət alıb.
Hər iki qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
13:27
Kürdəmirdə ağır yol qəzası olub, yaralılar var.
APA-nın yerli bürosunu xəbərinə görə, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.
İki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslər rayon xəstəxanasına yerləşdirilib.


