AZ

Ağır qəza: bacı və qardaşı xəsarət aldı

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Niva" və KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü Sevinc Ceyhun qızı Abışova və onun qardaşı, 2001-ci il təvəllüdlü Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar.

Qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb. Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Belə ki, onlardan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxsə boyundan aşağı hissiyyatsızlıq, 2001-ci təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki qolun sıyrıqları diaqnozu təyin edilib.

Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisində davam etdirilir. 2010-cu il təvəllüdlü şəxsin vəziyyəti ağır, 2001-ci il təvəllüdlü şəxsin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

2010-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
5
news24.az

10Mənbələr