AZ

Dünyanın ən məşhur kəşfiyyatlarından biri: Artıq ona qadın rəhbərlik edəcək

Britaniyada kəşfiyyat zabiti Blez Metrevelin MI6 Gizli Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib. 

Bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, təyinat  Baş Nazirin Aparatının mətbuata açıqlamasında da bildirilib.

Açıqlamada qeyd olunur ki, o, ölkə tarixində bu vəzifəni tutan ilk qadın olacaq.

"Blez Metrevelinin tarixi təyinatı bizim kəşfiyyat xidmətlərimizin işinin heç vaxt bu qədər vacib olmadığı bir vaxta təsadüf edir. Böyük Britaniya görünməmiş miqyasda təhlükələrlə üz-üzədir", - Baş nazir qeyd edib.

 47 yaşlı Metreveli Kembric Universitetində antropologiya üzrə təhsil alıb. O, 1999-cu ildə xarici kəşfiyyat xidmətinə qoşulmuş və karyerasının böyük hissəsini Avropa və Yaxın Şərqdə işləmişdir. O, hazırda agentliyin texnologiya şöbəsinə rəhbərlik edir. Ondan əvvəl MI6-ya təxminən beş il Riçard Mur rəhbərlik edib.

“Cebheinfo.az” məlumat üçün bildirir ki, izli Kəşfiyyat Xidməti  və yaxud məşhur adı ilə MI6 (Military Intelligence, Section 6)  əsasən tərəfdaşlarını dəstəkləmək üçün xarici vətəndaşlar haqqında insan kəşfiyyatının toplanması və təhlili ilə məşğuldur. Britaniya kəşfiyyat orqanlarından biridir və rəisi  birbaşa xariciişlər nazirinə tabedir.

Seçilən
28
25
cebheinfo.az

10Mənbələr