Böyük Britaniyanın baş naziri Kir Starmer Britaniya kəşfiyyatının zabiti Blez Metrevelinin Britaniya kəşfiyyat xidməti MI6-nın rəhbəri təyin edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda bildirilir. Britaniya kəşfiyyat xidmətinə ilk dəfə qadın başçılıq edəcək. Londonda bu təyinat tarixi hesab edilir və kəşfiyyatın hazırda Britaniya dövləti üçün son dərəcə mühüm rol oynadığını vurğulayır. Blez Metrevelinin 47 yaşı var. Kembric Universitetində antropologiya üzrə təhsil alıb.
O, 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Karyerasının böyük hissəsini Yaxın Şərq və Avropada keçirib. O, Mİ6-nın texniki şöbəsinə rəhbərlik edib.