AZ

Azərbaycanın istehlak bazarı 5%-dən çox böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarınınödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərindəyəri 30 milyard manat olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-may aylarınanisbətən 5,2 faiz artıb.

Qeyd edilib ki, ümumi dəyərin 77,8 faizini pərakəndə ticarətdövriyyəsi, 18,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərindəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfatsubyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərindəyəri 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz artaraq28,7 milyard manata bərabər olub ki, onun da 42,4 faizi fərdisahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 586,5 manat vəya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 55,0manat çox vəsait xərcləyib.

Seçilən
3
5
az.trend.az

8Mənbələr