Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 17 iyun, AZƏRTAC
Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olmaqla ötən ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz artıb, ümumi dəyərin 77,8 faizini pərakəndə ticarət dövriyyəsi, 18,9 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 5 faiz artaraq 28,7 milyard manata bərabər olub, onun 42,4 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 586,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 55 manat çox vəsait xərcləyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.