Xəbər verdiyimiz kimi, "Taşir" Şirkətlər Qrupunun rəhbəri, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda saxlanılıb.
"Unikal"ın məlumatına görə, Karapetyan şirkətin mətbuat xidmətinin yaydığı rəsmi açıqlama ilə çıxış edib.
"Mən bütün gücümlə erməni xalqının ziyarətgahlarını qoruyacağam - harada olmağımdan asılı olmadan və istənilən şəraitdə. Mən heç kimə, heç bir bəhanə ilə mənəvi dəyərlərimizi ləkələməyə icazə verməyəcəyəm", - deyə Karapetyan vurğulayıb.
Qeyd edək ki, Samvel Karapetyanın erməni apostol kilsəsini müdafiə edən bəyanatından dərhal sonra onun evində axtarışlar aparılıb.