AZ

Rusiyalı iş adamı Samvel Karapetyan evində aparılan axtarışları şərh edib - YENİLƏNİB

Rusiyalı biznesmen Samvel Karapetyan Ermənistan Daxili İşlər Nazirliyinin onun İrəvandakı evində apardığı axtarışları şərh edib.

APA xəbər verir ki, iş adamı bu barədə "RT"yə danışıb

"Onlar maska ​​şousu keçirib məni saxlamaq istəyirdilər. Həyətə toplaşan insanlar, sadə insanlar isə müqavimət göstərdilər", - Karapetyan qeyd edib.

Onun sözlərinə görə, hazırda İrəvanda yaşadığı küçə tamamilə bağlanıb.

Qeyd edək ki, bundan əvvəl Samvel Karapetyanın tutulması barədə məlumat yayılmışdı.
***
18:50

Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onun avtomobilləri evinin önündən götürülüb.

Ermənistanın Daxili İşlər Nazirliyi isə həbs edilənlərlə bağlı məlumat versə də, Karapetyanın da onların arasında olub-olmadığına aydınlıq gətirilməyib.

Qeyd edək ki, hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:

“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.

Seçilən
25
1
apa.az

10Mənbələr