AZ

Ermənistan DİN rusiyalı iş adamı Samvel Karapetyanı tutmaq istəyir

Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.

Heftelik.az-ın  “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onun avtomobilləri evinin önündən götürülüb.

Qeyd edək ki, hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:

“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan Samvel Karapetyanın İrəvanda tutulduğunu bildirsə də, bu, təsdiqini tapmayıb. Samvel Karapetyan RT-yə açıqlamasında İrəvandakı evində apardığı axtarışları şərh edib: “Onlar maska ​​şousu keçirib məni saxlamaq istəyirdilər. Həyətə toplaşan insanlar, sadə insanlar isə müqavimət göstərdilər”, – Karapetyan qeyd edib.

Onun sözlərinə görə, hazırda İrəvanda yaşadığı küçə tamamilə bağlanıb.

Seçilən
21
1
heftelik.az

10Mənbələr