AZ

Elmar Baxşıyev: “Aris”i təhlil etmək üçün zamanımız var”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Elmar Baxşıyev bu mərhələdə qarşılaşacaqları Yunanıstan təmsilçisi “Aris”in zəif kollektiv olmadığını bildirib:

“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24-də və 31-də keçiriləcək. “Araz-Naxçıvan” “Aris”ə qarşı ilk oyununu evdə keçirəcək.

Seçilən
3
9
arena.az

10Mənbələr