Brahim Dias “Real”da daha uzun müddət oynayacaq. İspaniya klubu vingeri ilə müqaviləni yeniləməyə hazırlaşır.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu 25 yaşlı futbolçu ilə 5 illik müqavilə üçün razılaşıb. Yaxında klubun bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.
Brahim “Real”da 2019-cu ildən oynayır. O, son mövsüm bütün yarışlarda 52 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib. Diasın hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta