Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyə çempionu ''Qalatasaray'' böyük maraq və səbirsizliklə gözlənilən yeni mövsümün formalarını nəhayət ki, tanıtdı. Məlum olduğu kimi ötən mövsüm 25-ci çempionluğunu qazanan İstanbul nəhəngi yeni mövsümdə tarixində ilk dəfə 5 ulduzlu forma ilə oynayacaq.Məhz bu üzdən ilk 5 ulduzlu formalara marağın böyük olacağı gözlənilir. Formaların tanıtımı klubun rəsmi sosial şəbəkə səhifələrində və dükanlarında reallaşdırıldı. Bu dəfəki formaların üzərində yeni sponsor ''Pasifik Holdinq''in adı qeyd olunub. Adəti üzrə əsas forma parçalı sarı və qırmızı rənglərdən ibarətdi. Səfər forması ağ rəngdədi. Üçüncü alternativ formanın tanıtımı isə qarşıdakı günlərdə baş tutacaq. ''GS Store'' dükanlarında satışa çıxarılan formanın qiyməti 4499 lirədi ki, bu da bizim pulla təxminən 192 manat deməkdi. Uşaqlar üçün olan kiçik ölçülü formalar isə 3999 lirəyə (170 manat) bərabərdi. Bu arada təqdim edilən və satışa çıxarılan yeni formalar arasında Viktor Osimhenə məxsus 45 nömrəli formanın olması da diqqət çəkib. Halbuki nigeriyalı forvardın ''Qalatasaray''da qalıb-qalmayacağı bəlli deyil. Ancaq danışıqlar davam edir. Rəhbərliyin bu addımı çox güman, danışıqların uğurlu məcrada davam etdiyini göstərir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.