AZ

İmran Qasımov küçəsində piyadalar üçün təhlükə FOTOLAR

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

bakı şəhər sakini Gülbəniz Baxşıyeva "Yeni Sabah"a şikayət məzmunlu mesaj göndərib.

O bildirib ki, yaşadığı Nərimanov rayonu ərazisindəki İmran Qasımov küçəsində avtomobillər səkiləri zəbt edib.

Bundan narahatlığını bildirən G. Baxşıyeva qeyd edib ki, səkilərdə maşınların saxlanılması nəticəsində piyadalar təhlükəsizliklərini riskə ataraq yolun ortası ilə hərəkət etməyə məcbur olurlar.

Şikayətçi vəziyyətin xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaratdığını vurğulayaraq, aidiyyəti qurumlardan bu məsələyə dərhal müdaxilə etmələrini tələb edir.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
12
yenisabah.az

10Mənbələr