AZ

Bakıda obyektlər piyada səkisini zəbt edib - Sakinlər narazıdır

Bakıda piyada səkisi obyektlər tərəfindən zəbt edilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsindən gedir. Yolboyu piyada səkiləri restoran və digər obyektlər tərəfindən tutulduğu üçün bu yolla hərəkət edən vətəndaşlar ciddi çətinliklərlə üzləşirlər.

Sakinlər deyirlər ki, piyada səkiləri olmadığından yolun hərəkət hissəsinə çıxmağa məcbur olurlar.

Məsələ ilə bağlı Nəsimi Rayonu İcra Hakimiyyətinə sorğu ünvanladıq. Hətta mövcud vəziyyətlə bağlı videogörüntüləri də göndərdik. Ancaq qurumdan məsələyə münasibət bildirilmədi. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
10
xezerxeber.az

10Mənbələr