AZ

"Sabah"ın yay hazırlıq planı

”Sabah”ın yay hazırlıq planı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Masazır təmsilçisi iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.

Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcək.

Seçilən
9
15
football-plus.az

10Mənbələr