ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
”Sabah”ın yay hazırlıq planı bəlli olub."Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Masazır təmsilçisi iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq. Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.