futbolpress-az saytına istinadən ain.az xəbər verir.
”Sabah”ın yay hazırlıq planı bəlli olub.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.
Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasında ilk oyunumuzu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcəyik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.