“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
Bu haqda Manset.az-a Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
“Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə sualın yaranacağı təqdirdə sərnişinlərin [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmələri xahiş olunur.