AZ

Qətərin hava məkanı bağlandı -AZAL-ın TƏYYARƏSİ BAKIYA QAYITDI

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

 

Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

 

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

 

Seçilən
16
20
senzor.az

10Mənbələr