AZ

"Azərbaycan Hava Yolları"na məxsus təyyarə Bakı hava limanına geri qayıdıb

"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, "Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Seçilən
8
22
day.az

10Mənbələr