“İsrail İrana hücum etmək fikrində deyil. Bütün təyyarələr dönüb evlərinə yollanacaq, eyni zamanda İrana dostluq siqnalı verəcək. Heç kim zərər görməyəcək, atəşkəs qüvvədədir! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik!”,– ABŞ prezidenti özünün “Truts Soscial” sosial şəbəkəsində yazıb.
![]() |
Tramp:“Atəşkəsi pozmayın” |
Bu məsələ ilə bağlı Moskvanın mövqeyinə gəlincə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yaxın Şərqdə münaqişənin tam həllindən danışmağın hələ tez olduğunu deyib. Eyni zamanda, LavrovMoskvanın İran və İsraillə etibarlı münasibətlərini diqqətə çatdırıb.
Kreml hər iki tərəfin bəyanatlarını eşitdiyini, İsrail və İranın ABŞ-nin köməyi ilə münaqişəni həll edə bildiyinə və atəşkəs rejiminə keçdiyinə sevindiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az