“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yeni müqaviləni rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.
Futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində komandamızda 105 oyun keçirib və 12 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta