“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yeni müqavilə bağlayıb.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi daha bir il müddətinə uzadılıb.
Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub.